Prezidentdən Naxçıvana daha bir təyinat

Prezidentdən Naxçıvana daha bir təyinat
Gündəm 11 Aprel 2023 15:32

Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.