Bayden qərarını verdi: Ukraynaya hərbi yardım göndərir

Bayden qərarını verdi: Ukraynaya  hərbi yardım göndərir
SİYASƏT 12 Mart 2022 20:16

ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım göndərir.

Report xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 200 milyon dollara qədər hərbi yardım göstərilməsi haqqında memorandum imzalayıb.

“Dövlət katibinə Ukraynaya yardım göstərmək üçün müdafiə məhsulları, habelə hərbi təhsil və təlim şəklində ümumi məbləği 200 milyon dollara qədər vəsaitdən istifadə etmək səlahiyyətini verirəm", - sənəddə deyilir.