İrana casusluqda şübhəli bilinənlər saxlanıldı - Foto

İrana casusluqda şübhəli bilinənlər saxlanıldı - Foto
Gündəm 10 Aprel 2023 15:38

Ölkəmizdə İranın casus şəbəkəsinə qarşı keçirilən əməliyyatlar çərçivəsində daha 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Axar.az xəbər verir ki, bu haqda MOUZE Teleqram kanalı məlumat yayıb.

Məlumatda saxlanılanların Şeyx Ələddin İbrahimov, Kərbəlayi Yusif, Arif Fətəliyev, Elsevər İsayev, Hacı Süleyman və maştağalı Tərlan adlı şəxsin olduğu bildirilib.