Rusiya XİN başçısı: "Ukrayna ilə danışıqlardan imtina etmirik"

Rusiya XİN başçısı: \"Ukrayna ilə danışıqlardan imtina etmirik\"
Dünya 07 Aprel 2023 13:36

“Qərb və Ukrayna deyir ki, danışıqlara ehtiyac yoxdur. Bu, doğru yanaşma deyil”.

Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Moskva heç vaxt danışıqlardan imtina etməyib: “Amma danışıqlar yalnız maraqlarımız nəzərə alınarsa, mümkündür”.