Bəhram Bağırzadə küçədə çiyələk satdı

Bəhram Bağırzadə küçədə çiyələk satdı
SOSİAL 07 Aprel 2023 10:19

Əməkdar artist Bəhram Bağırzadə səyyar satışla məşğul olub.

Sitat.info xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında görüntülər paylaşıb.

Sənətçi paytaxtın mərkəzi küçələrinin birində əlində araba çiyələk satmağa gedib. Tez-tez “Instagram” hesabında bu cür zarafatyana görüntülər paylaşan Bağırzadə izləyicilərini güldürməyi bacarıb.

Həmin görüntüləri təqdim edirik: