Azərbaycanlı səfir Belçikanın Valloniya-Brüssel Federasiyası Parlamentinin Prezidenti ilə görüşüb

Azərbaycanlı səfir Belçikanın Valloniya-Brüssel Federasiyası Parlamentinin Prezidenti ilə görüşüb
SİYASƏT 06 Aprel 2023 21:35

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçikanın Valloniya-Brüssel Federasiyası Parlamentinin Prezidenti Rudi Demotla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə yazıb.

“...Belçikanın fransızdilli icması ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq şərəfinə nail oldum. Sağ olun, cənab Prezident!”, - səfir sosial şəbəkədə qeyd edib.