Bakıda tıxacda qalan polkovnik od püskürdü- "45 dəqiqədir sürünmüşük"

Bakıda tıxacda qalan polkovnik od püskürdü- \"45 dəqiqədir sürünmüşük\"
SOSİAL 06 Aprel 2023 17:50

"Bu gün canlı yayına gəlmək üçün 45 dəqiqədir ki, Bakının yollarında tıxaclarda qalmışam. 45 dəqiqəyə biz qonşu Gürcüstana təyyarəyə gedirik. Bakı batır, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı isə görünmür. Təmir-bərpa işləri üçün milyonlarla vəsait ayrılır, üç gündən sonra həmin yeri dağıdırlar. Elə bil həmin vəsaitlər şəxsi mallardır".

Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov sitat.info-ya bildirib.
Ekspert bu problemin səbəbinin parlamentdə gördüyünü qeyd edib:

"Parlament hesabatlılıqla məşğul olsaydı, büdcəyə nəzarət eləsəydi, bu qədər özbaşınalıq olmazdı".

Məğrur,
Sitat info