Rusiyada Ukraynaya məxsus yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot saxlanılıb

Rusiyada Ukraynaya məxsus yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot saxlanılıb
Dünya 05 Aprel 2023 22:04

Rusiya Federal Təhlükəsizlik Xidməti (RFTX) Ukraynaya məxsus yüngül mühərrikli təyyarənin ölkənin Bryansk vilayətində qəzaya uğradığını və pilotun saxlanıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, RFTX-dən Rusiya xəbər agentliyi RİA Novosti-yə verilən açıqlamada, Ukraynaya məxsus yüngül mühərrikli təyyarənin Rusiyanın Ukrayna sərhədində, Byransk bölgəsində qəzaya uğradığı açıqlanıb.

Qəzadan sonra pilotun Ukraynaya qaçmağa çalışdığına dair məlumatların yer aldığı açıqlamada sərhəd təhlükəsizlik qüvvələrinin pilotu yaxalayaraq saxladığı qeyd edilib.

Açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Seymur Bənnayev

Sitat.info