Bakının bu küçələrində su olmayacaq

Bakının bu küçələrində su olmayacaq
SOSİAL 05 Aprel 2023 18:36

6 aprel 2023-cü il tarixində gündüz saatlarınadək Bakı şəhəri Cəlil Məmmədquluzadə və İzmir küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.