Hərbi Dəniz Qüvvələrində reyd toplantısı - Video

Hərbi Dəniz Qüvvələrində reyd toplantısı - Video
Gündəm 05 Aprel 2023 14:26

Təsdiq olunmuş hazırlıq planına əsasən, Xəzər Dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə reyd toplantısı keçirilib.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplantının keçirilməsində əsas məqsəd reyd xidmətinin təşkili, dəniz vərdişlərinin təkmilləşdirilməsi, eləcə də gəmi ekipajları arasında uzlaşmanın təmin edilməsi olub.