Ermənistan buna son qoymalıdır! - XİN

Ermənistan buna son qoymalıdır! - XİN
Gündəm 04 Aprel 2023 12:33

30 il ərzində erməni işğalı zamanı 3345 azərbaycanlı, o cümlədən 357 uşaq mina qurbanı olub.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.

O bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın minaları nəticəsində 50 azərbaycanlı həlak olub, 238 nəfər isə şikəst olub: “Ermənistan mina təhdidlərinə son qoymalıdır”