Yevlaxda avtoqəzada ölən sürücünün şəxsiyyəti məlum olub

Yevlaxda avtoqəzada ölən sürücünün şəxsiyyəti məlum olub
HADİSƏ 03 Aprel 2023 23:00

Yevlax rayonunun Aran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində dünyasını dəyişən şəxs "VAZ" markalı avtomobilin sürücüsü Bəhram Muradovdur.

Faktla bağlı araşdırma aparılır.