Hatayda ard-arda zəlzələ oldu

Hatayda ard-arda zəlzələ oldu
Gündəm 01 Aprel 2023 17:54

Türkiyənin Hatay vilayətində ard-arda iki zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, məlumatı AFAD yayıb.

Bildirilib ki, sözügedən vilayətin Samandağ rayonunda 4,1 bal, ardınca isə Antakya körfəzində 4,2 bal gücündə zəlzələ olub.

Samandağda baş verən zəlzələ yerin 13,34 km, körfəzdəki zəlzələ isə 17,92 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntı qeydə alınmayıb.