Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə görüşdü

Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə görüşdü
Gündəm 01 Aprel 2023 13:58

Dağ-Gorunzur (Tex-Kornizdor) ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, nümayəndələr sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu seqmentdə vəziyyət xeyli yaxşılaşıb.

“Hazırda ərazidə işllər davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.