Qarabağdakı erməni terrorçuları ordumuzun mövqelərini atəşə tutub

Qarabağdakı erməni terrorçuları ordumuzun mövqelərini atəşə tutub
HADİSƏ 12 Mart 2022 10:51

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Müdafiə NazirliyindənAPA- ya verilən məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.