Şotlandiyanın yeni baş naziri Yusif rəsmi iqamətgahında ilk günündə namaz qıldı
Şotlandiyada bu gün keçirilən seçkilərlə bölgə hökumətinin yeni baş naziri seçilən Həmzə Yusuf, Baş nazirin rəsmi iqamətgahı olan Bute House-da ilk günündə ailəsinə başçılıq edərək namaz qılarkən fotosunu paylaşıb.
Sitat.info xəbər verir ki, Yusuf Twitter hesabında paylaçıb: "Ailəm və mən bu gün (28 mart) parlament səsverməsindən sonra ilk gecəmizi Bute House-da keçiririk".
Yusuf başqa bir yazısında İngiltərə baş naziri Rishi Sunak ilə görüşdüyünü və "Şotlandiya xalqının və parlamentinin demokratik istəklərinə İngiltərə hökuməti tərəfindən hörmət edilməsi lazım olduğunu açıq şəkildə bildirdim", - deyib.
Məğrur
Sitat.info