Bakıda evdə bacı-qardaşın meyiti tapıldı

Bakıda evdə bacı-qardaşın meyiti tapıldı
KRİMİNAL 27 Mart 2023 09:20

Bakıda evdən bacı-qardaşın meyit tapılıb.

“Sitat.info” xəbər verir ki, martın 26-da Binəqədi rayonu ərazisində yerləşən evdə 1955-ci il təvəllüdlü Aydın Məsimoviç Şəmsəddinov evdə özünü asaraq intihar edib. 

Evə baxış zamanı onun bacısı, 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.

İlkin məlumata görə, A.Şəmsəddinov bacısının vəfatından sonra öz həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.