Azərbaycan Ordusu Laçın yolunun şimalında zəruri nəzarət tədbirləri həyata keçirib

Azərbaycan Ordusu Laçın yolunun şimalında zəruri nəzarət tədbirləri həyata keçirib
SİYASƏT 25 Mart 2023 17:00

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bu barədə Sitat.info Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.