Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450-ni keçdi

Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450-ni keçdi
Dünya 24 Mart 2023 13:32

Fransada keçirilən etiraz aksiyalarında 457 nəfər saxlanılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanin açıqlayıb.

O, həmçinin aksiya iştirakçıları ilə toqquşma zamanı 441 polis və jandarma əməkdaşının yaralandığını bildirib.

Darmanin əlavə edib ki, Parisdə 933 şəhər əmlakının və zibil qablarının yandırılması faktı qeydə alınıb.