Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi

Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi
Gündəm 18 Mart 2023 15:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya Prezidenti Sauli Niinisto ilə paytaxt Ankarada görüşü zamanı maraqlı anlar yaşanıb.

“Sitat.info” Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə islanan fin jurnalistlərdən biri Prezident Ərdoğanın diqqətini çəkib. 

Ərdoğan şəxsi katibi Həsən Doğana jurnalistə ayaqqabı hədiyyə etməsini deyib.

Prezident Ərdoğan mərasimdən sonra jurnalistlə yenidən görüşüb.