AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır
Gündəm 17 Mart 2023 21:13

“Azərbaycan Hava Yolları” aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveyt turistləri yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.