"Qarabağ"ın legioneri Albaniya millisindən kənarda qalıb

\"Qarabağ\"ın legioneri Albaniya millisindən kənarda qalıb
İdman 17 Mart 2023 18:00

"Qarabağ"ın futbolçusu Redon Cica Albaniya millisindən kənarda qalıb.

Sitat.info yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Silvinyo Polşaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu üçün 25 yaşlı hücumçuya dəvət göndərməyib.

Təcrübəli forvard ölkəsində ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Redon Cica "Qarabağ"a bu ilin yanvarında Albaniya "Tirana"sından keçib.