İlham Əliyev Türkiyəyə gedib - FOTOLAR

İlham Əliyev Türkiyəyə gedib - FOTOLAR
Gündəm 15 Mart 2023 20:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gedib.

 Sitat.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.  Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.