Azərbaycan və Türkiyə prezidentləri Avropaya qaz təchizatının artırılması imkanlarını müzakirə edib

Azərbaycan və Türkiyə prezidentləri Avropaya qaz təchizatının artırılması imkanlarını müzakirə edib
SİYASƏT 10 Mart 2022 20:15

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün Ankarada keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub.

SİTAT.İNFO xəbər verir ki, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.