Türkiyədə üç dəfə zəlzələ oldu

Türkiyədə üç dəfə zəlzələ oldu
Gündəm 13 Mart 2023 08:43

Türkiyənin Malatya şəhərində 4,7 və 4,5 bal gücündə, Hatay şəhərində isə 4,4 bal gücündə zəlzələ baş verib. 

Sitat.info xəbər verir ki, hər üç zəlzələ gecə saatlarında qeydə alınıb. 

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) açıqlayıb ki, zəlzələlər zamanı dağıntı və tələfat barədə məlumat daxil olmayıb.