Mixaylo Podolyak üçtərəfli görüşü yüksək qiymətləndirib

Mixaylo Podolyak üçtərəfli görüşü yüksək qiymətləndirib
SİYASƏT 10 Mart 2022 17:10

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətini yüksək qiymətləndirib.

Bu barədə tviter hesabında yazıb.

“Bu, Rusiya ali siyasi rəhbərliyinin proseslərə daha obyektiv və adekvat baxışını formalaşdırmaq üçün son dərəcə vacibdir”, - deyə o qeyd edib.