Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Gündəm 10 Mart 2023 12:17

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

Sitat.info Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.