Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü

Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü
Gündəm 10 Mart 2023 10:29

Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli görüşüb.

“Sitat.info” xəbər verir ki, bu barədə REAL-ın rəsmi sosial hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmasa, REAL-ın dövlət qeydiyyatının ləğv ediləcəyi ilə bağlı partiya sədri İlqar Məmmədov açıqlama yayıb.