Türk lirəsi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb

Türk lirəsi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb
Dünya 09 Mart 2023 19:46

Türk lirəsi ABŞ dolları qarşısında rekord dərəcədə ucuzlaşaraq 18,9620 lirə səviyyəsinə enib.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, Türkiyənin milli valyutasının dəyərdən düşməsi investorların bu ilin fevralında ölkədə baş vermiş güclü zəlzələlərin iqtisadi nəticələri barədə qiymətləndirmələri ilə bağlıdır.