Çavuşoğlu döyüşən Ukraynanın nazirini BELƏ QARŞILADI FOTOLAR

Çavuşoğlu döyüşən Ukraynanın nazirini BELƏ QARŞILADI FOTOLAR
SİYASƏT 10 Mart 2022 11:48

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

Nazir paylaşımında qeyd edib ki, Türkiyə-Rusiya-Ukrayna XİN başçılarının üçtərəfli görüşünə hazırlıq müzakirə olunub.

Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.