Çempionlar Liqası: "Çelsi" - "Borussiya" oyunu gec başlayacaq

Çempionlar Liqası: \"Çelsi\" - \"Borussiya\" oyunu gec başlayacaq
İdman 07 Mart 2023 23:59

İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu nəzərdə tutulan vaxtdan 10 dəqiqə gec başlayacaq.

Sitat.info-nun məlumatına görə, buna Dortmund təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı "Stemford Bric" stadionuna gələrkən yolda tıxaca düşməsidir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürməli idi. İlk oyunda "Borussiya" 1:0 hesablı qələbə qazanıb.