Futbolçu oyun zamanı öldü

Futbolçu oyun zamanı öldü
İdman 06 Mart 2023 22:45

Fildişi Sahilində 1-ci liqa klubu “RC Abidjan”ın futbolçusu Mustafa Sulla oyun zamanı ölüb.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi liqada “Sol”la keçirilən matç vaxtı özünü pis hiss edib. Yerə yıxılan oyunçu xəstəxanaya aparılarkən dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

Qeyd edək ki, Sulla 2022-ci ilin sentyabrında “RC Abidjan”a transfer olunmuşdu.