Millidəki karyerasını başa vurdu

Millidəki karyerasını başa vurdu
İdman 03 Mart 2023 20:44

PSV-nin yarımmüdafiəçisi Lyuk De Yonq Niderland millisindəki karyerasını başa vurub.

Sitat.info xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında yazıb: “Millidə oynamaq mənim üçün şərəf idi. Bütün xatirələrə görə təşəkkür edirəm”.

Qeyd edək ki, De Yonq 2011-ci ildən Niderland millisində çıxış edirdi. Ümumilikdə o, yığmanın heyətində 38 oyuna çıxıb, 12 qol vurub.