“Azeri Light”ın qiyməti 86 dolları ötdü

“Azeri Light”ın qiyməti 86 dolları ötdü
Özəl 03 Mart 2023 09:15

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti yüksəlməkdə davam edir.

“Sitat.info” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,59 ABŞ dolları və ya 1,9% artaraq 86,71 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.