Prezident onu da vəzifəsindən azad etdi

Prezident onu da vəzifəsindən azad etdi
Gündəm 01 Mart 2023 17:45

Mədəniyyət Nazirliyində daha bir kadr dəyişikliyi baş verib. 

Sitat.info-nun məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı daha bir sərəncamla Azad Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi postundan azad edilib. 

Qeyd edək ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin rəisi təyin edilmişdi.