Daha bir ölkədə güclü zəlzələ olub

Daha bir ölkədə güclü zəlzələ olub
Dünya 01 Mart 2023 10:24

Qvatemala sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 103 min insanın yaşadığı Eskuintla şəhərindən 70 km cənubda yerləşib. Mənbə 54 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.