Ronaldo ayın ən yaxşı oyunçusu seçildi

Ronaldo ayın ən yaxşı oyunçusu seçildi
İdman 28 Fevral 2023 23:53

Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sitat.info xəbər verir ki, ayın ən yaxşısı “Əl Nəssr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo fevral ayında çempionatda 4 matçda 8 qol vurub, 2 qol ötürməsi edib.