Malatyada 5,6 ballıq zəlzələ oldu

Malatyada 5,6 ballıq zəlzələ oldu
Gündəm 27 Fevral 2023 13:42

Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ olub.

“Sitat.info” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.

Ətraf rayonlada da hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.