Məhkəmə qərar verdi: Koçaryan Moskvaya gedə bilmədi

Məhkəmə qərar verdi: Koçaryan Moskvaya gedə bilmədi
Gündəm 17 Sentyabr 2021 19:56

Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskavaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.

 

SİTAT.info  xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

 

Qeyd edək ki, Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.