Rayon taksiləri üçün Bakıda pulsuz dayanacaq yaradıldı

Rayon taksiləri üçün Bakıda pulsuz dayanacaq yaradıldı
Gündəm 23 Fevral 2023 11:39

Bakıdan bölgələrə taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün Bakı Beynəlxalq Avtovağzalında (BBAK) pulsuz dayanacaq yaradılıb.

Bu barədə "Qafqazinfo"ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün BBAK-da ödənişsiz duracaq yeri təşkil edilib:

"Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir".