Sumqayıtda mənzildə meyit aşkarlanıb

Sumqayıtda mənzildə meyit aşkarlanıb
Gündəm 21 Fevral 2023 18:44

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

Sitat.info xəbər verir ki, bu barədə "Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.