Mahir Emreli "Konyaspor"da ilk oyununa çıxdı

Mahir Emreli \"Konyaspor\"da ilk oyununa çıxdı
İdman 21 Fevral 2023 18:33

Millimizin hücumçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.

Qol.az xəbər verir ki, 26 yaşlı futbolçuçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.

Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli matça start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib. 

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Emrelinin "Konyaspor"la icarə müqaviləsi bu mövsümün sonuna qədərdir.