Zəlzələnin gətirdiyi barış: Yunanıstanın xarici işlər naziri AB-dən Türkiyə üçün dəstək istədi
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Avropa Birliyi (AB) xarici işlər nazirləri toplantısına qatılmaq üçün gəldiyi Belçikanın paytaxtı Brüsseldə Aİ-ni Türkiyəyə dəstək verməyə çağırıb.
Episentri Kahramanmaraşda olan və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə gedən və fəlakət bölgəsində araşdırmalar aparan Dendias bunları deyib:“Mən Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə səfər edim və həm Suriyada, həm də Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək üçün çalışdım . Təəssüf edirəm, görünməmiş bir fəlakət baş verdi. Böyük kömək və dəstəyə ehtiyac var”.
Xatırladaq ki, ötən günlərdə Türkiyəyə gələn və həmkarı nazir Çavuşoğlu ilə görüşən Dendias zəlzələ bölgəsinə səfər edib.
Məğrur,
Sitat.info