Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb

Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb
Gündəm 17 Fevral 2023 16:10

Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb.

Sitat.info Report-a istinadən xəbər verir ki, 17 sentyabr 2000-ci il təvəllüdlü Rzayev Nizami Məkani oğludur.

Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarında xidmət etmiş Rzayev Nizaminin Donetsk vilayətinin Mariupol şəhəri istiqamətində əsir düşdüyü bildirilir. Onun hazırda Rusiyada əsirlərin saxlanıldığı həbsxanada olduğu ehtimal edilir.