Zəlzələ bölgələrində 10 gündə 4627 uşaq dünyaya gəldi

Zəlzələ bölgələrində 10 gündə 4627 uşaq dünyaya gəldi
Dünya 16 Fevral 2023 19:00

Fevralın 6-dan bu yana Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən vilayətlərdə 4627 körpə doğulub.

 

Sitat.info xəbər verir ki, müvafiq dövlət qurumunun verdiyi məlumata görə, zəlzələlərdən zərər çəkmiş əyalətlərdə 10 gündə 4627 körpə doğulub.

Səhiyyə Nazirliyi zəlzələdən zərər çəkmiş şəhərlərdə doğulan bu körpələrin analarına və doğuma hazırlaşan, körpə gözləyən analara hamiləliyin təqibi, ana südünün əhəmiyyəti kimi bir çox sahədə dəstək verir.

Körpələrin sağlamlıqlarını qorumaq üçün ana südü ilə bəslənmələri lazım olduğunu analara bildirən qruplar, lazım gəldikdə analara ana südü ilə qidalanma təhsili verirlər.

Nazirlik qrupları ana və körpə sağlamlığı üçün skrininq, peyvənd və sağlamlıq yoxlamaları aparır, peyvəndlər tətbiq edirlər.

Səid İsaoğlu,

Sitat.info