Baş nazir Əli Əsədov BƏƏ-yə işgüzar səfər edib

Baş nazir Əli Əsədov BƏƏ-yə işgüzar səfər edib
SİYASƏT 14 Fevral 2023 19:42

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Dubay Beynəlxalq Hava Limanında Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşıladılar.