Əhalinin DİQQƏTİNƏ! Bu ərazilərdə su kəsiləcək

Əhalinin DİQQƏTİNƏ! Bu ərazilərdə su kəsiləcək
Gündəm 14 Fevral 2023 09:48

Bu gün Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sitat.info xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlər 1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.