Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb
KRİMİNAL 13 Fevral 2023 21:45

Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.