Rumıniyada güclü zəlzələ oldu

Rumıniyada güclü zəlzələ oldu
Gündəm 13 Fevral 2023 20:20

Rumıniyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 97,1 min nəfərə yaxın insanın yaşadığı Tarqu Jiu şəhərindən 14 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.