“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb

“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb
Gündəm 13 Fevral 2023 18:10

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.

Sitat.info xəbər verir ki, “Goal” nəşrinin proqnozuna əsasən, Fransa PSJ-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi liderliyini qoruyub.

Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe izləyib. İngiltərə "Mançester Siti"sindən Erlinq Holann üçüncü yerdədir.

İlk “10-luq”:

1. Lionel Messi (PSJ)

2. Kilian Mbappe (PSJ)

3. Erlinq Holann (“Mançester Siti”)

4. Robert Levandovski (“Barselona”)

5. Neymar (PSJ)

6. Markus Reşford (“Mançester Yunayted”)

7. Vinisyus Junior (“Real Madrid”)

8. Xviça Kvaratsxeliya (“Napoli”)

9. Viktor Osimxen (“Napoli”)

10. Camal Musiala (“Bavariya”)